"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"a cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub. Sportinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın müdafiəçisi Deyvi Bultyuz əməkdaşımızın suallarını cavablandırıb.
- Oyun çətin keçdi. 60 dəqiqə ərzində qapımızı toxunulmaz saxladıq və rəqibi 1 dəfə cəzalandırdıq. Amma buna baxmayaraq adi səhvdən qol buraxdıq. 2-3 dəqiqə sonra isə 2-ci qolu da qapımızda gördük. Toparlanmaq çətin oldu. Düşünürəm ki, “Panatinaikos” daha güclü komanda idi.
İlk hissədə hücumlara yaxşı qoşula bilmirdin...
- İlk hissədə oyunumuz elə də yaxşı alınmadı. İkinci hissədə isə nisbətən vəziyyəti dəyişdik. Amma alınmadı.
Afinadakı oyundan sonra bu qədər çətin oyun keçirəcəyinizi düşünürdün?
- İlk oyunda da istənilən kimi çıxış etmədik. Evdəki oyunda hesabı bərabərləşdirdik. Amma ardınca səhvlərimizdən qollar buraxdıq. Bu da rəqibin əviyyəsindən xəbər verirdi. Afinada da çətin olmuşdu, burda da.
Artıq Avropa Liqasında mübarizəni başa vurdunuz. Azərbaycan çempionatında debüt matçını “İnter”ə qarşı keçirə bilərsən...
- Bəli, artıq fikrimizi daxili çempionata cəmləməliyik. Bu, mənim debüt oyunum ola bilər. “İnter” barədə məlumatlı deyiləm.

