"İnter" və "Zirə"nin qənimləri Avroliqa ilə vidalaşdı - NƏTİCƏLƏR

4 Avqust 2017 08:00 Avropa Liqası 573
"İnter" və "Zirə"nin qənimləri Avroliqa ilə vidalaşdı - NƏTİCƏLƏR

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, bu gecə baş tutan oyunlarla mərhələyə yekun vurulub. İlk oyun günündə "Austria" və "Suduva" Avroliqanın pley-offuna vəsiqəni səfər oyunlarında təmin ediblər.

Qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçimiz “Qəbələ” isə bu gün meydana çıxıb. Roman Qriqorçukun yetirmələri ilk oyunda səfərdə 0:1 hesabıyla uduzduğu “Panatinaikos”a Bakıda da 1:2 məğlub olub və mübarizəni dayandırıb.

Millimizin qolkiperi Kamran Ağayevin yenicə transfer olunduğu Çexiya "Mlada Boleslav"ı da Albaniyanın "Skenderbeu" klubunu keçə bilməyib.

Əvəzində yığmamızın digər üzvü - Pavel Paşayevin yeni klubu "Aleksandriya" Ukraynadakı cavab matçında Rumıniya "Astra"sını mübarizədən kənarlaşdırmağı bacarıb. Hansı ki, rumınlar öncəki mərhələdə "Zirə"nin yolunu kəsmişdilər.

"İnter"i mübarizədən kənarlaşdıran Lüksemburq "Fola"sı da pley-offa çıxa bilməyib. İsveç "Ostersun"u bu komandaya səfərdə də qalib gəlib. Türkiyənin Avroliqadakı təmsilçisi "Fənərbaxça" "Şturm" səddini çətinliklə də olsa, keçməyə nail olub.

2 avqust

AEL (Kipr) - Austria (Avstriya) 1:2 (0:0)

Sion (İsveçrə) - Suduva (Litva) 1:1 (0:3)

3 avqust

Dinamo (Minsk, Belarus) - AEK (Kipr) 1:1 (0:2)

Şkendiya (Makedoniya) - Trakay (Litva) 3:0 (1:2)

Odd (Norveç) - Dinamo (Zaqreb, Xorvatiya) 0:0 (1:2)

Aleksandriya (Ukrayna) - Astra (Rumıniya) 1:0 (0:0)

Apollon (Kipr) - Aberdin (Şotlandiya) 2:0 (1:2)

Videoton (Macarıstan) - Bordo (Fransa) 1:0 (1:2)

Qəbələ (Azərbaycan) - Panatinaikos (Yunanıstan) 1:2 (0:1)

Zenit (Rusiya) - Bney Yehuda (İsrail) 0:1 (2:0)

Sparta (Çexiya) - Srvena Zvezda (Serbiya) 0:1 (0:2)

Fənərbaxça (Türkiyə) - Şturm (Avstriya) 1:1 (2:1)

Fola (Lüksemburq) - Ostersun (İsveç) 1:2 (0:1)

Lyunqbyu (Danimarka) - Krasnodar (Rusiya) 1:3 (1:2)

Maritimo (Portuqaliya) - Botev (Bolqarıstan) 2:0 (0:0)

PAOK (Yunanıstan) - Olimpik (Ukrayna) 2:0 (1:1)

Skenderbeu (Albaniya) - Mlada Boleslav (Çexiya) 2:1 - penaltilər 4:2 (1:2)

Lex (Polşa) - Utrext (Hollandiya) 2:2 (0:0)

Altax (Avstriya) - Gent (Belçika) 3:1 (1:1)

Midtyulland (Danimarka) - Arka (Polşa) 2:1 (2:3)

Hayduk (Xorvatiya) - Brondbü (Danimarka) 2:0 (0:0)

Atletik (İspaniya) - Dinamo (Rumıniya) 3:0 (1:1)

Milan (İtaliya) - Universitatya (Rumıniya) 2:0 (1:0)

Osiyek (Xorvatiya) - PSV (Hollandiya) 1:0 (1:0)

Ostende (Belçika) - Olimpik (Marsel, Fransa) 0:0 (2:4)

Rujomberok (Slovakiya) - Everton (İngiltərə) 0:1 (0:1)

Panionios (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail) 0:1 (0:1)

Domjale (Slovakiya) - Frayburq (Almaniya) 2:0 (0:1)

Braqa (Portuqaliya) - AİK (İsveç) 2:1 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti