"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"a cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışı başa vurub. Sportinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov sualları cavablandırıb.
- Oyun çox gərgin keçdi. Futbolçular əllərindən gələni etdilər. Komandada yorğunluq və adaptasiya probleminin olduğunu söyləyə bilərəm.
Yunanıstanda keçirilən ilk oyundan sonra bu qədər çətin olacağını düşünürdünüz?
- İlk oyundan sonra çətin olduğunu bilirdik. Ümid edirdik ki, öz oyunumuzu oynaya bilərik. Öz oyununu nümayiş etdirməyəndə rəqib güclü görünür. 10-15 dəqiqə futbol oynaya bildik. İkinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qalan vaxtlarda “Panatinaikos” daha güclü idi.
Düşünmürsünüz ki, heyətin böyük ölçüdə dəyişməsi mübarizəni yarımçıq dayandırmaqda rol oynadı?
- Ötən dəfə də demişdim ki, bunlar rol oynayır. Amma biz bunu bilərəkdən etmirik. Bu, belə alınır. Biz istəmərik belə olsun. Bunun təsiri oldu.
Bundan sonra “Qəbələ” üçün Premyer Liqada çempion olmaq vacibdir?
- Mübarizə aparacağıq. Amma çempion olub-olmayacağımızı komandanın gücü və zaman götərəcək.

