Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin klubu - Ukrayna "Aleksandriya"sı da bu mərhələdə növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda Rumıniya "Astra"sını qonaq edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Səfərdə qolsuz heç-heçəyə imza atmış Ukrayna təmsilçisi Avroliqanın pley-offuna vəsiqə qazanıb.
Millimizin müdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Astra" Avroliqanın 2-ci təsnifat mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdırmışdı.

