"Qəbələ" pley-offa vəsiqə qazansa, rəqibi hansı nəhəng olacaq?

3 Avqust 2017 20:24 Avropa Liqası 845
"Qəbələ" pley-offa vəsiqə qazansa, rəqibi hansı nəhəng olacaq?

Avropa Liqasının pley-off mərhələsinin 17 iştirakçısı bəllidi. Sportinfo.az-ın məlumatına görə, Çempionlar Liqasının 15 uğursuzu və Avropa Liqasında mərhələ keçən 2 komanda qrupun bir addımlığındadı.

Sabah İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmanın digər 27 iştirakçısı isə bu gün bilinəcək. Öz meydanında Yunanıstan “Panatinaikos”unu qəbul edəcək “Qəbələ” 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa bilsə, pley-offun 44 iştirakçısından biri olacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə komandalar iki səbətə bölünəcək. Reytinqi aşağı olan “Qəbələ” mərhələ adlasa, səpələnməmişlər sırasında yer alacaq. Düzdü, pley-offda iştirakı dəqiqləşən 17 komandanın hamısının səbəti haqda əminliklə danışmaq mümkün deyil.

Lakin Kiyev “Dinamo”su və “Ayaks” kimi nəhənglərin potensial rəqiblər olacağını söyləmək mümkündü. Çünki onlar 17 klub arasında ən yüksək reytinqlilərdi. Ümumiyyətlə isə indiki durumda bugünkü cütlərdə favoritlətin qalib gələcəyini nəzərə alsaq, 17 komandadan 8-i səpələnmiş, 9-u səpələnməmiş olacaq.

Səpələnmişlər*
“Dinamo” (Kiyev, Ukrayna) – 67,526
“Ayaks” (Hollandiya) – 67,212
“Viktoriya” (Çexiya) – 40,635
“Zalsburq” (Avstriya) – 40,570
“Brügge” (Belçika) - 39,480
“Lüdoqorets” (Bolqarıstan) - 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450

Səpələnmişlər*
“Austriya” (Avstriya) – 16,070
“Partizan” (Serbiya) – 16,075
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
AEK (Yunanıstan) – 6,580
“Hafnarfyordur” (İslandiya) - 6,175
“Vitorul” (Rumıniya) - 5,870
“Vardar” (Makedoniya) – 5,125
“Suduva” (Litva) – 1,825
* - səbətlər ehtimallara əsasən tərtib olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti