"İşimiz ən azı 2 qol vurmaq olacaq" - “Panatinaikos”a son mesaj

3 Avqust 2017 19:48 Avropa Liqası 544
"İşimiz ən azı 2 qol vurmaq olacaq" - “Panatinaikos”a son mesaj

Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Panatinaikos”la qarşılaşacaq “Qəbələ”nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey açıqlama verib.

Sportinfo.az xəbər verir ki, sport24.az-a danışan yarımmüdafiəçi axşamkı matçda şanslarının hələ də 50-50-yə olduğunu bildirib. Hallidey qələbə üçün komandasının yalnız öz oyununu oynamalı olduğunu bildirib:

"Səfərdə 0:1 hesabı ilə uduzmuşuq. Amma bu, şansımızın itməsi demək deyil. Hər şey olduğu kimi yerində qalır. Sadəcə, matça yaxşı başlayıb öz oyunumuzu göstərməliyik. Əgər ilk dəqiqələrdən bunu bacarsaq, qalib gəlmək şansımız çox olacaq.

Bizim işimiz ən azı 2 qol vurmaq olacaq. Bunu bacaracaq gücümüz var. QOl imkanı yaratdıqda daha diqqətli və dəqiq olmalıyıq. Əldə edəcəyimiz fürsətlərdən istifadə etməyi bacarsaq, qələbə bizimlə olacaq”.

Yarımmüdafiəçi səfərdəki bərbad oyundan da söz açıb: “Həmin gecə yaxşı oynamadıq. Rəqibə hörmət edirəm və onların gücünə bələdəm. Belə komandalarla oyunda topu daha çox onlara verərsənsə, sonu pis olacaq. Ona görə topu özümüzdə saxlamağa çalışmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti