Avropa Liqasının III təsnifat mərhələsində sabah “Qəbələ” ilə üz-üzə gələcək “Panatinaikos”un futbolçusu Niklas Hult açıqlama verib. Sportinfo.az-ın məlumatına görə, yerli mətbuata danışan isveçli sol cinah müdafiəçisi Bakıda fərqli qarşılaşmanın olacağını bildirib.
“Bakıda fərqli qarşılaşma olacaq. Bu oyunda Afinadakından daha maraqlı keçəcək. İlk oyunla müqayisədə daha diqqətli olmalıyıq. Bunun üçün də hazırlaşmışıq. Yüz faiz hazırıq. Ümid edirəm ki, mərhələni keçəcəyik”.

