“Qəbələ”ni “Panatinaikos” önündə tək buraxmaq istəməyənlər

2 Avqust 2017 18:00 Avropa Liqası 532
“Qəbələ”ni “Panatinaikos” önündə tək buraxmaq istəməyənlər

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Qəbələ” - “Panatinaikos” matçına bilet satışı davam edir. Sportinfo.az xəbər verir ki, artıq 6 minə yaxın bilet satılıb.

Azarkeşlər iyulun 31-dən satışa çıxan biletləri Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci km stadionunun kassalarından əldə edə bilərlər.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı. Oyunda "Panatinaikos" da dəstəksiz qalmayacaq. Belə ki, təxminən 20-25 azarkeş Afina təmsilçisini tribunadan dəstəkləyəcək.

“Qəbələ” - “Panatinaikos” oyunu sabah saat 21:00-da, 8-ci km stadionunda baş tutacaq. Bu komandalar arasında Afinada baş tutmuş ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti