“Qəbələ” üçün müdafiə xəttinə isveçli və braziliyalı legionerlər

2 Avqust 2017 12:24 Avropa Liqası 870
“Qəbələ” üçün müdafiə xəttinə isveçli və braziliyalı legionerlər

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos”un Bakıya gələcək heyəti müəyyənləşib. Sportinfo.az xəbər verir ki, Afina təmsilçisinin heyətində 21 futbolçunun adı yer alıb:

Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas

"Bakcell Arena"da keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyunu sabah saat 21:00-da başlayacaq. Baş məşqçi Marinos Ozunidis bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib.

Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxan Luk Stil Bakı yolçusudu. Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə “Qəbələ”yə qarşı oynamaq imkanı əldə ediblər.

İlk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.

İlk matçda 1:0 hesablı qələbə qazanan “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Ozunidisin tapşırığına əsasən, rəhbərlik müdafiənin cinahlarında yaranan boşluğu doldurub.

İlk olaraq “Alkmaar”ın isveçli sağ cinah oyunçusu Mattias Yohanssonun keçidini həll edən yunanlarda ən yaralı mövqe sol cinah sayılırdı.

“Yaşıllar” bu problemi də uzun müddətdi danışıq apardıqları “Udineze”nin braziliyalı üzvü Qabriel Silva ilə həll ediblər və onlar pley-off mərhələsi üçün sifariş olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti