Öncə "Panatinaikos"un, sonra "Qəbələ"nin baş məşqçisi

1 Avqust 2017 09:36 Avropa Liqası 476
Öncə "Panatinaikos"un, sonra "Qəbələ"nin baş məşqçisi

Avqustun 3-də Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Panatinaikos” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – avqustun 2-də saat 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Panatinaikos”un baş məşqçisi Marinos Uzunidis çıxacaq. Saat 20:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. Qonaqlar saat 20:00-da, “qırmızı-qaralar” saat 21:00-da məşqə çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti