"Qəbələ" ilə "Panatinaikos" arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.
Sportinfo.az-ın"qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumatına görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

