Avropa Liqasının III mərhələsinin ilk oyununda “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanan “Panatinaikos” cavab qarşılaşmasının hazırlıqlarına başlayıb.
Sportinfo.az xəbər verir ki, dünən çalışmalara start verən komanda öncə trenajor zalında məşq edib. Daha sonra isə baş məşqçi Marinas Ouzanidis kollektivə toplu məşqlər keçib.
“Panatinaikos” və “Qəbələ” arasında Afinada keçirilmiş ilk oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar. Bu komandaların cavab qarşılaşması isə avqustun 3-də, Bakıda baş tutacaq.
Paytaxtımıza səfər öncəsi Yunanıstan klubunun düşərgəsində ümumi vəziyyət heç də yaxşı deyil. Rəhbərlik məşqçilər və futbolçuların maaşlarını vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkir. Ümumiyətlə, son 5 ayın məvacibini hələ almayıblar. İdarəçilər hətta qəpik-quruş alan ofis işçilərinə də borcludu.

