"Qəbələ" hələ belə gec... FOTO

29 İyul 2017 17:24 Avropa Liqası 698
"Qəbələ" hələ belə gec... FOTO

"Qəbələ" avrokuboklarda yeni mövsümdə ilk məğlubiyyətini alıb. Sportinfo.az xəbər verir ki, bu, Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"a Afinada 0:1 hesabı ilə uduzduğu matçda reallaşıb.

Roman Qriqorçukun komandası mübarizəyə başladığı II təsnifat mərhələsində Polşanın "Yagelloniya" klubunu məğlubiyyətsiz keçmişdi - evdə 1:1, səfərdə 2:0.

"Qırmızı-qaralar" indiyədək bir qayda olaraq mübarizə apardığı Avropa Liqasında bunadək sonuncu məğlubiyyəti ötən mövsüm qrup mərhələsinin son turunda Almaniyada almışdı. Bu, 2016-cı ilin dekabrın 8-də "Maynts"a 0:2 hesablı yenilgi idi. Roman Qriqorçukun komandası cari mövsümdə ilk dəfə həm uduzdu, həm də meydanı qolsuz tərk etdi.

"Qəbələ" ardıcıl 4-cü ildir çıxış etdiyi Avropa Liqasında hər mövsümdə ilk məğlubiyyətini belə gec almamışdı. Belə ki, təmsilçimiz ilk 2 mövsümdə elə startda - I təsnifat mərhələsinin ilk oyununda meydanı məğlub tərk etmişdi.

Bu, 2014/15 mövsümündə Qəbələdə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubna 0:2, 2015/16 mövsümündə Tiflisdə "Dinamo"ya 1:2 hesablı məğlubiyyət idi. 2016/17 mövsümündə isə ilk məğlubiyyət I təsnifat mərhələsinin cavab matçında, yenə Gürcüstanda olmuşdu.

Bu dəfə Zestafonidə "Samtredia"ya 1:2 hesabı ilə. Göründüyü kimi, "qırmızı-qaralar" bu dəfə mövsümdə 3-cü matçında yenilib. Bu "Qəbələ" Avropada 33-cü matçı olub. Təmsilçimiz bu oyunların 9-da qalib gəlib, 7-də heç-heçə edib, 17-də uduzub (topların fərqi 34-46).

Komanda elə hazırkı ukraynalı baş məşqçisinin rəhbərliyi altında daha öncə təsnifat mərhələsində səfərdə ilk oyunda 0:1 hesabı ilə uduzub. Bu, 2015-ci ildə II təsnifat mərhələsində Serbiyada "Çukariçki"yə məğlubiyyətdi. Maraqlıdı ki, onda da qarşılaşmanın taleyini ilk hissədə qapımıza vurulan penalti həll etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti