“Qəbələ”yə qol vuran: “Yaxşı oyun keçirdik və intizamlı davrandıq”

28 İyul 2017 13:12 Avropa Liqası 478
“Qəbələ”yə qol vuran: “Yaxşı oyun keçirdik və intizamlı davrandıq”

“Biz doğru yoldayıq. Yaxşı oyun keçirdik və intizamlı davrandıq. Lakin qarşıda hələ daha bir 90 dəqiqə var” - Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Panatinaikos”a “Qəbələ” üzərində qələbə qazandıran yeganə qolun müəllifi Gilyermo Molins deyib.

Matçın 37-ci dəqiqəsində penaltidən fərqlənən 29 yaşlı uruqvaylı hücumçu zədədən sonra meydana qayıtdığı üçün sevincini ifadə edib: “Ciddi zədə keçirdim, bərpa olunmaq üçün 3 ay lazım oldu.

Lakin artıq hazıram və məşqçi mənə şans verir. Hücumçu imkan əldə edəndə qarşısında məqsəd qoyur. Mən də bunu edirəm. Bir sıra oyunçularımız getdi və onların əvəzinə yeniləri gəldi. Tədricən uyğunlaşmağa çalışırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti