Süleymanov - avrokuboklarda qol vuran ən gənc futbolçu oldu

28 İyul 2017 11:24 Avropa Liqası 1 044
Süleymanov - avrokuboklarda qol vuran ən gənc futbolçu oldu

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmasında “Krasnodar” Danimarkanın “Lyunqbyu” klubuna 2:1 hesabı ilə qalib gəlib.

“Krasnodar”ın qələbə qolunu Maqomed-Şapi Süleymanov vurub. Sportinfo.az xəbər verir ki, bu qol Süleymanovu keçmiş SSRİ və Rusiya futbolunun tarixinə salıb.

O, avrokuboklarda qol vuran ən gənc futbolçu olub. Süleymanov 17 yaş, 224 günlüyündə fərqlənib. Hücumçu keçmiş SSRİ yığmasının və “Spartak”ın sabiq futbolçusu Sergey Radionovun rekordunu yeniləyib. Radionov 1980-ci ildə “Jeness” - “Spartak” oyununda (0:5) 18 yaş, 16 günlüyündə fərqlənmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti