"Qəbələ"yə imkan versək, Bakıda başımız ağrıya bilər"

28 İyul 2017 11:00 Avropa Liqası 609
"Qəbələ"yə imkan versək, Bakıda başımız ağrıya bilər"

"Düşünürəm ki, yaxşı oynadıq. Daha çox qol vura bilərdik" - Sportinfo.az xəbər verir ki, bu sözlər "Panatinaikos"un baş məşqçisi Marinos Uzunidisə məxsusdu.

Afina təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin lk oyunları çərçivəsində öz meydanında "Qəbələ" üzərində minimalhesablı (1:0) qələbə qsazanıb.

Görüşdən sonra baş tutan mətbuat konfransında iştirak edən yunan mütəxəssis fikirlərini bildirib. O, cavab matçının daha çətin keçəcəyini deyib: "1:0 hesabı ilə qələbə qazanmışıq və bunu cavab oyunu öncəsi üstünlük saymaq olar.

Amma rəqibimiz çox təhlükəli komandadı, düşünürəm ki, onları hər zaman diqqətdə saxlamaq lazımdı. Rəqibin heyətində elə futbolçular var ki, kiçik bir boşluqdan yararlanmağı bacarırlar. Ona görə də Bakıdakı oyunda onlara belə imkanlar verməməliyik. Əks halda, başımız ağraya bilər".

Tərəflər arasında cavab oyunu avqustun 3-də keçiriləcək. "Biz burda üstün tərəf idik. Hazırlığımızın bəhrəsini bu oyunda gördük. İkinci oyun daha çətin olacaq. Çünki rəqib də güclü komandadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti