Afinada “Panatinaikos”a məğlub olan (0:1) “Qəbələ” uğursuz ilklə yadda qaldı. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Ellada klubuna uduzan ilk təmsilçimiz oldu.
Daha əvvəl keçirilən 8 görüşün heç birində Azərbaycan təmsilçiləri Yunanıstan klublarına məğlub olmamışdı. Matçların 2-də bizimkilər qələbə qazanmışdılarsa, 6 görüşdə heç-heçə qeydə alınmışdı.
Bu bərabərliklərin 4-ü məhz “Qəbələ”nin aktivində idi ki, qeydə alınan görüşlərdən ikisi “Panatinaikos”a qarşı olmuşdu. Avrokuboklarda 33-cü görüşünə çıxan “Qəbələ” 17-ci məğlubiyyətini almaqla yanaşı qapısında 46-cı qolu gördü.

