Gözlərinin "od"unu almışıq

27 İyul 2017 18:00 Avropa Liqası 625
Gözlərinin "od"unu almışıq

Azərbaycan və Yunanıstan klubları indiyədək avrokuboklarda 8 dəfə qarşılaşıb. Sportinfo.az xəbər verir ki, bu matçların yarısı məhz bugünkü təmsilçimiz "Qəbələ" ilə bağlıdı. "Qırmızı-qaralar" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Afinada "Panatinaikos"un qonağı olacaq.

Məlum olduğu kimi, Roman Qriqorçukun komandası 2015-ci ildə ilk dəfə qrupa düşdüyü zaman pley-off mərhələsində məhz "Panatinaikos"a rəqib olub. "Bakcell Arena"dakı matç qolsuz bərabərliklə nəticələnib. Afinadakı cavab qarşılaşmasında isə "Qəbələ"nin braziliyalı kapitanı Luis Hilario Dodo etdiyi dublla komandasına qrupa düşməyə imkan verən səfər 2:2-si qazandırıb.

Maraqlıdı ki, "Qəbələ"nin qrupda debüt oyununda da rəqibi yunanlar olub. Bu dəfə PAOK-la qarşılaşan Roman Qriqorçukun komandası "Bakcell Arena"da yenə 0:0 hesablı heç-heçə edib. Ancaq bu nəticə Salonikidə də qeydə alınıb. Görnüdüyü kimi, "Qəbələ"nin Ellada təmsilçiləri ilə matçları bir qayda olaraq sülhlə nəticələnib.

Yunanıstanla ilk dəfə avrokuboklarda 2012-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində "İnter"lə rəqib olmuşuq. "Asteras Tripolos"lə həmin oyunlar 1:1 hesabı ilə nəticələnib. Təmsilçimiz səfərdə oyunsonrası penaltiər seriyasında 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Nəhayət, yunanlarla son duel ötən mövsüm Avropa Liqasının qrup mərhələsində baş verib. PAOK bu dəfə "Qarabağ"a rəqib olub. Ağdam klubu Saloniki təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda 2:0, onun meydanında 1:0 hesabı ilə məğlub edib.

Göründüyü kimi, yunanlarla bir qayda olaraq Avropa Liqasında qarşılaşmışıq və 8 qarşılaşmanın heç birində oyunda uduzmamışıq - 2 qələbə, 6 heç-heçə, topların fərqi 7-4. "Qəbələ"də Dodo kimi "Panainaikos"da da qol vuran futbolçular indi onun heyətində deyil. Bu, təccrübəıli isveçli hücumçu Markus Berqlə ispaniyalı sol cinah müdafiəçisi Nanodu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti