Bu ulduz Azərbaycan klubuna qarşı oynamaqdan imtina etdi

27 İyul 2017 13:24 Avropa Liqası 874
Bu ulduz Azərbaycan klubuna qarşı oynamaqdan imtina etdi

"Panatinaikos"un Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyun üçün heyəti müəyyənləşib. Sportinfo.az xəbər verir ki, komandanın sonuncu məşqindən sonra baş məşqçi Marinos Ozunidis heyətə 21 futbolçunun adını heyətə salıb.

Maksi Rodriges isə Afina klubuna keçməkdən imtina edib. “Panatinaikos” rəhbərliyinin bu yay heyətə qatmaq üçün uzun müddətdi danışıq apardığı 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Cənubi Amerikada qalıb. Belə ki, Argentina millisinin sabiq üzvü Uruqvay klubu “Penyarol”la anlaşıb.

Rodriges yeni komandası ilə 1 illik müqavilə imzalayıb. “Panatinaikos” rəhbərliyi bir müddət əvvəl Maksi Rodrigesin keçidini “Qəbələ” ilə ilk oyuna qədər həll etməyə çalışdığını bildirmişdi. 5 ildi formasını geyindiyi “Nyu Old Boys”la yollarını ayıran futbolçu “Penyarol”a havayı başa gəlib.

Qapıçılar: Odisseas Vlaxodimos, Konstantinos Kotsaris

Müdafiəçilər: Osman Kulibali, Rodriqo Moledo, Dimitrios Kolovetsios, Stefanos Evanqelu, Nuno Reis

Yarımmüdafiəçilər: Niklas Hult, Zeka, Robin Lod, Dimitris Kourbelis, Xristos Donis, Anastasios Çatzigiovannis, Omri Altman, Giannis Bouzoukis

Hücumçular: Lusiano Neves, Qilyermo Molins, Brian Kabesas, Sotirisi Pispas, Dimitrios Emmanouilidis, Lautaro Rinaldi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti