"Bu gün bütün bunların heç bir əhəmiyyəti yoxdu" - Qriqorçuk

27 İyul 2017 00:53 Avropa Liqası 575
"Bu gün bütün bunların heç bir əhəmiyyəti yoxdu" - Qriqorçuk

Avropa Liqasının III təsnifat mərhələsinin bu gün baş tutacaq “Panatinaikos” – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis deyib: "Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunların heç bir əhəmiyyəti yoxdu. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq.

İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq.

Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq.

Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdi. “Panatinaikos” böyük ada malik komandadır, brenddi.

Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harda keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə, bunun əhəmiyyəti də yoxdr”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti