"Qəbələ"dən iki il öncəki qisası almaq haqda düşünmürəm"

26 İyul 2017 20:48 Avropa Liqası 679
"Qəbələ"dən iki il öncəki qisası almaq haqda düşünmürəm"

"Panatinaikos"un baş məşqçisi Marinos Ozunudis Yunanıstan mətbuatına müsahibə verib. Sportinfo.az xəbər verir ki, mütəxəssis "Qəbələ"dən, xüsusilə təmsilçimizin baş məşqçisindən çəkindiyini hər ifadəsində büruzə verib.

Komandanız "Qəbələ" ilə görüşə hazırdı?
- Bu görüşə 100 faiz hazır deyilik. Çünki bəzi problemlərimiz var. Bəzi oyunçular bizimlə çox məşq edə bilmədi. Buna baxmayaraq ciddi şəkildə hazırlaşmışıq. Bilirik ki, bizim üçün çətin olacaq. Ən böyük üstünlüyümüz doğma azarkeşlər önündə oynamağımızdır. Rəqibimizin güclü baş məşqçisi var və yaxşı komanda qurub. Onların hücum xəttində 7-8 təhlükəli oyunçuları var. Hansı ki, onları yeni transfer ediblər. Vacib olan evdə yaxşı nəticə qazanmaqdır.

Hansı hesabı düşünürsüz?
- Əvvəlcə məqsəd qələbə qazanmaqdır. İkinci hədəf isə "Qəbələ"nin qol vurmasına şərait yaratmamaqdır. Sabahkı oyun cütün taleyini həll etməyəcək. Amma "Panatinaikos" üçün daha vacib qarşılaşmadır. Mən komandamı motivasiya etmişəm. Tək-tək oyunçularımın adını çəkmək istəmirəm. Biz komanda şəklində gücümüzü göstərməliyik.

Rəqibi nə qədər öyrənə bilmisiz?
- "Qəbələ"nin oyunlarına baxmışam. 2015-ci ildə "Panatinaikos"u məğlub etdikləri matçı da izləmişəm. İndi fərqli futbol göstərirlər. Digər fərqli cəhət isə onların indi daha təcrübəli komanda olmasıdır. Əgər Azərbaycan klubunun Polşa "Yaqelloniya"sına qarşı oyunlarını izləsəniz, diqqətlə baxsanız, hər şeyi görəcəksiz. İki oyunda müxtəlif futbol göstərməklə, təcrübədən istifadə edərək mərhələ adladılar. Məsələn, Roman Qriqorçukun təcrübəsi onların "Lill" kimi komandanı keçməsi ilə nəticələnmişdi. O cür çətin oyunlardan qalib ayrıla bildilər. İki il öncəki oyunu qisası haqqında düşünmürəm. "Qəbələ"nin heç vaxt Avropa Liqasında asan rəqibi olmayıb. Lakin onlar bu görüşlərdən qalib ayrılıblar.

Sizi bu görüşün favoriti saymaq olar?
- Bu, kağız üzərində belə ola bilər. Hər şeyə isə yaşıl ot örtüyü üzərində aydınlıq gələcək. Heç kim bizim onlardan güclü olduğumuzu deyə bilməz. Əgər klubların tarixini nəzərə alsaq, biz favoritik. Lakin son illərdə Avropa turnirlərində uğursuz çıxışımızı da düşünün. "Qəbələ" isə bizdən fərqli son illərdə çox uğurludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti