"Panatinaikos" bu mərhələnin favoritidi" -Fariz Nəcəfov

26 İyul 2017 20:36 Avropa Liqası 646
"Panatinaikos" bu mərhələnin favoritidi" -Fariz Nəcəfov

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəvəfov Yunanıstan mətbuatına müsahibə verib. Sportinfo.az xəbər verir ki, klub rəsmisi sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Panatinaikos" - "Qəbələ" matçı haqda fikirlərini bildirib.

Yenidən "Panationaikos"la üz-üzə gələcəksiniz. Bu barədə nə deyə bilərsiniz?
- Afina təmsilçisi böyük klubdu. Onların böyük tarixi və uğurları var. Avropa arenalarında da adından söz etdirə bilib. İki il öncə onları keçmişdik. Amma bu müddət ərzində hər iki komandada böyük dəyişikliklər baş verib. Lakin bizim komandada iki il öncə mərhələni keçən oyunçular var.

Mərhələni keçəcəyinizə inanırsız?
- İki il ardıcıl qrupda oynamışıq. Amma istənilən halda "Panatinaikos" bu mərhələnin favoritidir. Çünki komandamızın heyəti yenilənib. Hər Avroliqa matçı bizim üçün təcrübədir.

Şansınız nə qədərdi?
- Şansımız haqqında heç nə deyə bilmərəm. Sadəcə, ümid edirəm ki, tarix təkrarlanacaq. İndi Afina komandasına qarşı oynamaq iki il öncəkindən daha çətin olacaq. Futbolçularımız əllərindən gələni edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti