Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) - “Şturm” (Avstriya) oyununun hakim-inspektoru azərbaycanlı olacaq.
Matç avqustun 3-də İstanbulda keçiriləcək. Sportinfo.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmaya hakim-inspektor kimi Asim Xudiyevi təyin edib.

