“Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Yunanıstan “Panatinaikos”u ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda keçiriləcək matç “İdman Azərbaycan” telekanalında canlı yayımlanacaq.
Məlumatı telekanalın “facebook” səhifəsi yayıb. “Panatinaikos” - “Qəbələ” görüşü iyulun 27-də keçiriləcək və saat 22.30-da başlayacaq.

