Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos”da məşqçi ayrılığı reallaşıb.
Sportinfo.az-ın Yunanıstan klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Afina təmsilçisi Xuan Ramon Roşa ilə yolları ayırıb.
Argentinalı mütəxəssis 1980-1989-cu illərdə “Panatinaikos”un futbolçusu olub. Veteran yarımmüdafiəçi 1994-1996, 1999-2000 və 2012-2013-cü illərdə komandanı çalışıdırıb.

