İyulun 27-də Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Yunanıstanda “Panatinaikos” ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq matç öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.
Qarşılaşmadan bir gün əvvəl - iyulun 26-da Bakı vaxtı ilə 19:00-da ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.
“Panatinaikos” və “Qəbələ” arasında ilk oyun iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

