"Qəbələ" ilə oynaması üçün Niklas Huntla müqavilə bağladılar

25 İyul 2017 20:24 Avropa Liqası 581
"Qəbələ" ilə oynaması üçün Niklas Huntla müqavilə bağladılar

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” müdafiəçisi Niklas Huntla yeni müqavilə bağlayıb.

“Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək. Sportinfo.az xəbər verir ki, Afina təmsilçisi 27 yaşlı futbolçuyla bu il başa çatacaq müqavilənin müddətini daha bir il uzadıb.

Müqaviləyə gələn yay anlaşmanın 2020-ci ilə qədər artırılması bəndi də salınıb. İsveç millisinin üzvü ötən ildən "Panatinaikos"un şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti