Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos” (ilk oyun iyulun 27-də Afinada olacaq) ciddi itkilərlə üzləşib.
Sportinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Giorgos Kutroubis təmsilçimizlə oyunu buraxacaq. Buna səbəb 26 yaşlı futbolçunun appendisitdən əməliyyat olmasıdı.
Onun cavab oyununa hazır olacağı da gözlənilmir. Bundan başqa, zədələnən argentinalı yarımmüdafiəçi Lukas Villafanes də “Qəbələ” ilə ilk oyunda iştirak edə bilməyəcək.

