Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan “Panatinaikos”u ilə “Qəbələ” arasındakı ilk oyun üçün hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Afinada keçiriləcək qarşılaşma ispaniyalı hakimlər briqadasına tapşırılıb. Bu oyunun baş hakimi ispaniyalı Xuan Martines Munuera olacaq.
27 iyul
22:30. "Panatinaikos" - "Qəbələ"
Hakimlər: Xuan Martines Munuera, Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font, Mario Malero Lopes (hamısı İspaniya)
Hakim-inspektor: Lesli Ayrvin (Şimali İrlandiya).
UEFA nümayəndəsi: Yanis Mejeçkis (Litva).

