Baqali Dabodan yeni xəbər var - "Qəbələ" artıq Afinadadı

24 İyul 2017 00:40 Avropa Liqası 924
Baqali Dabodan yeni xəbər var - "Qəbələ" artıq Afinadadı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Panatinaikos” ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, “Yagelloniya” ilə 2-ci təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıb.

Bu gün Yunanıstan paytaxtına çatan komanda “Hilton” otelində məskunlaşıb. “Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə də çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.

Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.

İyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti