“Gizlədiləsi bir şey yoxdu, ilk 20-30 dəqiqədə çox pis oyun göstərdik. Həmin dəqiqələrdə əlimizi yanımıza salıb, nələrin baş verəcəyini gözlədik” - Sportinfo.az-ın məlumatına görə, bunu “Yagelloniya”nın müdafiəçisi Lukaş Burliqa deyib.
Avropa Liqasının II təsnifat mərhələsində öz meydanında “Qəbələ”yə məğlub olan Polşa təmsilçisi mübarizəni dayandırıb. Qarşılaşma ilə bağlı fikirlərini bildirən 29 yaşlı futbolçu düzgün taktika qurmadıqlarını söyləyib (apasport.az):
“Yalnız rəqib hesabı açdıqdan sonra səliqəli oynamağa başladıq. Qol buraxdığımızdan, artıq 2:1 hesablı qələbə qazanmalı idik. Hesab 0:1 olarkən də bir neçə qol vəziyyətini əldən verdik. “Qəbələ”nin ikinci hissədə bəzi problemləri olsa da, sürətli əks-hücumlarla bizə narahatlıq verməyi bacardı və ikinci qolu da vurdu.
Zəif startın səbəbini bilmirəm. Bəlkə də, müdafiədə sayıq oynayıb, sonradan aqressiv futbol sərgiləməyimiz daha yaxşı olardı. Çünki 0:0 hesabı da bizi qane edirdi. Ancaq başqa cür oynadıq və bu bizə baha başa gəldi”.

