"Qəbələ" üçün görün, pan torpağında nə etdilər! - FOTOLAR

23 İyul 2017 14:30 Avropa Liqası 1 049
"Qəbələ" üçün görün, pan torpağında nə etdilər! - FOTOLAR

"Qəbələ" Polşa təmsilçisi "Yagelloniya" ilə səfərdə keçirdiyi matçda 2:0 hesabı ilə qalib gələrək (ilk oyun 1:1) Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazandı.

Sportinfo.az xəbər verir ki, bölgə klubu bu oyunda komandanı dəstəkləmək üçün Belostokdakı arenaya gəlmiş bütün azarkeşlərinə təşəkkürünü bildirib. Klubun rəsmi "Facebook" səhifəsində bunlar qeyd olunub:

"Bu qələbəyə gedən yolda yanımızda olan hər kəsə təşəkkür etmək istəyirik: Ölkəmizin Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Həsənov və səfirliyin digər əməkdaşlarına göstərdikləri diqqət və dəstəyə görə təşəkkürümüzü bildiririk.

Həmçinin Polşada və ətraf ölkələrdə yaşayan, Azərbaycandan gələn, komandamızın yanında olan, 90 dəqiqə ərzində dayanmadan onları qələbəyə səsləyən azarkeşlərimizə də minnətdarlığımızı çatdırırıq. Ürəyi bizimlə döyünən "qırmızı-qara" azarkeşlərə bol qələbə, möhtəşəm qollar və gözəl günlər diləyirik. Dəstəyiniz uğurumuzdu!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti