"İnter" Avropa Liqası ilə II təsnifat mərhələsində sağollaşdı. Lüksemburqda “Fola”ya 1:4 hesabı ilə uduzan paytaxt təmsilçisi tarixində ilk dəfə avrokubokda bu qədər qol buraxdı.
34-cü dəfə qitə miqyaslı turnirdə meydana çıxan bakılılar ən pis halda 3 qola üzülmüşdü. Bu da cəmi 2 dəfə. Sonuncu belə hadisə 2009-cu ildə Trnava “Spartak”ı ilə matçda qeydə alınıb.
Son 13 ildə ən ağır zərbəni alan "İnter"in futbolçuları ciddi tənbehə məruz qalıb. Müşahidə Şurasının sədri Zaur Axundov komandayla görüşdə nəticədən məyusluğunu öznəxas şəkildə dilə gətirib.
Patron bildirib ki, "Fola"ya məğlubiyyəti qəbul etmir və buna görə, hamı hesabat verəcək. Oyunçular isə səbəbi psixoloji yorğunluqla bağlayıb, ehtiyat skamyanın qısalığından şikayətlənib (Sportinfo.az).

