Səksən-doxsan, "Qəbələ" ilə yoxsan!

23 İyul 2017 10:23 Avropa Liqası 840
Səksən-doxsan, "Qəbələ" ilə yoxsan!

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təmsilçimizlə qarşılaşmanın hazırlığına sabahdan başlayacaq. Sportinfo.az xəbər verir ki, komanda bu günü dincəlməklə keçirəcək.

Oyun gününə qədər hər gün oyunçularına məşq keçəcək baş məşqçi Marinos Ozunidisi bir oyunçunun durumu narahat edir. Belə ki, argentinalı yarımmüdafiəçi Lukas Villafanez zədə ucbatından kollektivdən ayrı qalıb.

26 yaşlı hücumameyilli futbolçu sabahkı məşqdə fərdi hazırlıqla kifayətlənəcək. Onun “Qəbələ” ilə ilk görüşə yetişməyəcəyi artıq dəqiqdi. Argentina gənclər millisinin sabiq üzvü hətta Bakıdakı cavab oyununu da buraxa bilər. “Panatinakos”la “Qəbələ” arasında ilk matç iyulun 27-də Afinada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti