"Zirə"nin rəhbərliyi "Astra"ya uduzan futbolçularına nə deyib?

22 İyul 2017 10:48 Avropa Liqası 1 126
"Zirə"nin rəhbərliyi "Astra"ya uduzan futbolçularına nə deyib?

"Zirə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində "Astra"ya qarşı keçirdikləri cavab oyunu (0:0, ilk oyun 1:3) barədə sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, oyunla bağlı öncə bunları dilə gətirib:

- “Astra” yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Rəqib daha təcrübəliydi. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu.

İlk hissədə fərqlənmək mümkün olsaydı, fərqli oyun olardı?
- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.

Rəhbərlik və baş məşqçi bu nəticəyə görə nə dedi?
- Rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.

Fasilədən sonra ilk hissədəki kimi oynamadız...
- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi. Qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Bu üzdən oyunun tempi də düşürdü.

“Astra” Avropa Liqasının qrupunda oynamış klubdu. Vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?
- Bu da “Zirə”nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.

“Zirə” bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?
- Uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandartd vəziyyətlətdən qollar buraxdıq.

Avropa Liqası “Zirə”yə nə qazandırdı?
- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz rahat olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti