"İnter" Svanadze ilə müqaviləni uzatmadı, sınaq müddəti verdi

21 İyul 2017 19:48 Avropa Liqası 1 132
"İnter" Svanadze ilə müqaviləni uzatmadı, sınaq müddəti verdi

Avrokuboklara uğurla start verən klublarımızdan ikisi bu gün "əyləci basdı". İlk uğursuz “Zirə” oldu. Rumıniyada “Astra”ya 1:3 hesabı ilə məğlub olan təmsilçimiz doğma meydandakı görüşdə də rəqibin müqavimətini qıra bilmədi – 0:0.

Bu, həm də təmsilçilərmizin Rumıniya klublarına qarşı 6-cı matçda ilk heç-heçəsi oldu. Buna kimi baş tutan 5 görüşün 4-də balkanlılar qalib gəlmişdi. Adıçəkilən ölkə klubları üzərində tək qələbəmizi isə 2008-ci ildə “Neftçi” Bakıda “Vasluy” üzərində qazanmışdı – 2:1. Qeydə alınan nəticə həm də “qartallar”ın avrokuboklarda ilk heç-heçəsi kimi tarixə düşdü.

Polşada “Yagelloniya”nı üstələyən “Qəbələ” isə avrokuboklarda 9-cu qələbəsini qazandı. Bu, həm də klublarmızın Polşa təmsilçiləri üzərində 24-cü oyunda 5-ci qələbəsi oldu. Maraqlıdı ki, qalibiyyətlərin 3-ü məhz səfərdə əldə edilib.

Bundan başqa, “Qəbələ” avrokubokların təsnifat mərhələsində 10-cu dueldə 9-cu rəqibini də mübarizədən kənarlaşdırdı. “Qırmızı-qaralar” yalnız ilk cəhddə Bosniya və Hersoqovina “Şirorki Briyeq”ini üstələyə bilməmişdi. Qazanılan 9 uğurun hamısı isə Roman Qriqorçukun dövrünə təsadüf edir.

Həmçinin “qırmızı-qaralar” avrokuboklarda 2-ci dəfə səfərdən qələbə ilə döndü. Maraqlıdı ki, ilk belə uğur da məhz ötən AL-in 2-ci təsnifat mərhələsində qazanılmışdı. Həmin vaxt əyalət təmsilçisi Macarıstan MTK-sını üstələmişdi – 2:1.

Luksemburqda “Fola”dan 4 top buraxan “İnter” bir sıra anti-rekordlara imza atdı. Bakılılar cırtdan ölkə təmsilçisinə məğlub olan ilk klubumuz olmaqla yanaşı, tarixində ilk dəfə avrokubok görüşündə rəqibindən bu qədər top buraxdı. ”Göy-ağlar” buna kimi qitə turnirlərində keçirdiyi 36 matçda yalnız 2 dəfə 3 top buraxmışdı.

Bu nəticə "İnter" cəbhəsində böyük məyusluq yaradıb. Müşahidə Şurasının sədri Zaur Axundov hələ də nə baş verdiyini aydınlaşdırmağa çətinlik çəkir. Axı o, səfərdən öncə öz üzərinə düşəni etmişdi: komandanın məşqçi və futbolçularının 2 aylıq maaş borcunu ödəmişdi. Yeni patron arxayın idi ki, "İnter" bu mərhələni də keçəcək və UEFA-dan gələcək vəsaitlə klubun digər problemlərini həll edəcək.

"Fola"ya darmadağın Zaur Svanadzenin özünə çox zərbə vurdu. Rəhbərlik onunla müqaviləni artırmağa hazırlaşırdı. Ancaq Sportinfo.az-da olan məlumata görə, gürcü mütəxəssislə 1 illik kontraktın bağlanması ertələnib. Svanadzeyə sınaq müddəti verilib. Minimum 3-4 ay. İlkin qərara görə, o, bu ilin noyabr-dekabr aylarınadək səlahiyyətlərini davam etdirəcək. Təbii, Premyer Liqanın ilk 2 dövrəsinin nəticələri həlledici olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti