"Qəbələ" mərhələ adladı, o, 2 mövqeyə yeni transfer istədi

21 İyul 2017 19:00 Avropa Liqası 1 553
"Qəbələ" mərhələ adladı, o, 2 mövqeyə yeni transfer istədi

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşada "Yagelloniya" üzərində qələbə qazanan (2:0) və ümumi nəticəyə görə mərhələ adlayan "Qəbələ" vətənə qayıtmayıb.

III təsnifat mərhələsində "Panatinaikos" ilə qarşılaşacaq "qırmızı-qaralar" ilk oyunu Yunanıstanda keçirəcəyi üçün vətənə dönməməyi üstün tutub. Əyalət təmsilçisi matçın hazırlıqlarını Polşanın paytaxtı Varşavada keçirəcək və oyuna 2 gün qalmış Afinaya yollanacaq.

"Panatinaikos" və "Qəbələ" komandaları arasında ilk oyun iyulun 27-də baş tutacaq. Avrokuboklarda uğurlu start klub rəhbərliyini bir qədər də ümidləndirib. Sportinfo.az-ın məlumatına görə, Roman Qriqorçukun raportu əsasında 3 legionerlə danışıqlar başlayıb.

Ukraynalı baş məşqçi yunanlarla görüşədək minimum 2 transfer edilməsini istəyib. Təcrübəli mütəxəssis iki mövqedə - müdafiə və hücum xəttində güclənməyə ehtiyac olduğunu bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti