"Paltardəyişmə otağında dedim ki, başınızı dik tutun"

21 İyul 2017 18:12 Avropa Liqası 612
"Paltardəyişmə otağında dedim ki, başınızı dik tutun"

"Məyus olduğumuz heç kimə sirr deyil. Bu oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Bizim oyunda topu qəbul edərkən aqressiya, qərarlılıq və topla cəld davranma çatışmırdı".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Yagelloniya"nın baş məşqçisi İreniuş Mamrota məxsusdu. Belostok təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qəbələ"yə 0:2 hesabıyla məğlub olub və mübarizəni dayandırıb.

Mamrot məğlubiyyəti "Qəbələ"nin güclü komanda olması ilə əlaqələndirib: "İlk hissənin son 10 dəqiqəsində yaxşı oynadıq və yüzfaizlik qol imkanları yaratdıq. Təəssüf ki, əlimizə düşən imkanlardan yararlana bilmədik.

Hesab 1:1 olsaydı, başqa cür oyun sərgiləyərdik. İkinci hissədə komandanı motivasiyaya görə günahlandırmaq olmaz. Çox cəhd etsək də, rəqib bizi əks-hücumda yaxaladı və ikinci qolunu vurdu".

Polşalı mütəxəssis bildirib ki, oyundan sonra futbolçulara təşəkkür edib: "Qonaq komanda çox effektiv oyun sərgilədi. Mən paltardəyişmə otağında oyunçulara dedim ki, başınızı dik tutun. Çünki komandamın məğlubiyyətə necə məyus olduğunun şahidi oldum. Avropa Liqaı oyunları futbolçularımız üçün hədiyyə idi".

Mamrot III təsnifat mərhələində "Panatinaikos"la qarşılaşa bilmədikləri üçün təəssüf hissləri keçirdiklərini vurğulaıb: "Bütün komanda, azarkeşlər "Panatinaikos"la oyuna köklənmişdi. Təəssüf ki, bunu reallaşdıra, yaxşı oyun göstərə bilmədik. Futbolçular meydanda ləng hərəkət edirdilər. Rəqib oynamağa imkan vermədi.

İlk matçda hesab 1:1 olduğundan, evdə boşluq buraxmaq risk idi. Rəqib isə bundan lazımınca istifadə etdi. İkinci hissədə də futbolçular həvəsdən düşmüşdülər, motivasiya qalmamışdı. Artıq başqa cür oynamalı idik.

Ancaq rəqib müdafiədə səliqəli oynadı, kritik anlarda səhv etmədi. Üstəlik, hücumda da çox təhlükəli idilər. İlk qol fərdi səhvlərdən buraxıldı. İkinci topda isə komanda artıq ruhdan düşmüşdü. Futbolçularım başa düşürdü ki, mərhələ adladıqca mükafatlar da artır. Bu üzdən məyusluğumuz böyükdü”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti