“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təlim-məşq toplanışın çərçivəsində yoxlama görüşü keçirib. Sportinfo.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Alkmaar”la matçda qüvvəsini sınayıb.
Oyun afinalıların qələbəsi ilə nəticələnib. Belə ki, Marinos Ozounidisin yetirmələrinin hər hissədə vurduqları 1 qola rəqib təsəlli topu ilə cavab verə bilib.
“Panatinaikos” (Yunanıstan) – “Alkmaar” (Hollandiya) 2:1
Qollar: Omri Altman, 45; Gilyermo Molins, 58 – Stenqs, 63
“Panatinaikos”: Odisseas Vlaxodimos, Omri Altman (Xristos Donis, 77), Anastasios Çatzigiovannis (Brayan Kabezas, 71), Osman Kulibali, Niklas Hult, Dimitrios Kurbelis (Nuno Reis, 71), Giorgos Kutrobis (Dimitrios Kolevetsios, 71), Robin Lod (Dimitrios Emmanulidis, 88), Rodriqo Moledo (Stefanos Evangelu, 77), Gilyermo Molins (Lusiano, 77), Xose Zeka
"Alkmaar kimi güclü komandaya qarşı yoxlama oyununda komandamız yaxşı təsir bağışladı. Düşünürəm ki, komandamızda bəzi çatışmayan cəhətlər var. Gələn həftəyə qədər 100 faiz hazır olmalıyıq".
Bu sözləri "Panatinaikos"un yarımmüdafiəçisi Omri Altman deyib. “Alkmaar”la oyundan sonra yerli mətbuata danışan Altman "Qəbələ" haqda da fikir bildirib:
"Artıq bizim üçün avrokubok mövsümü başlayır və rəsmi matçlar fərqlidi. O ki qaldı rəqibə, açığı, “Qəbələ” haqda heç nə bilmirəm. Əgər rəqibimiz III təsnifat mərhələsinə vəsiqə qazanıbsa, deməli, yaxşı komandadırlar".

