Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" ilk oyununun başlama saatı müəyyənləşib.
Sportinfo.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Afinada keçiriləcək ilk matç iyulun 27-i, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-ü Bakıda oynanılacaq.

