"Astra"nın kapitanı "Zirə" haqqında: "Bilirdik ki, bizi Bakıda..."

21 İyul 2017 11:48 Avropa Liqası 582
"Astra"nın kapitanı "Zirə" haqqında: "Bilirdik ki, bizi Bakıda..."

"Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir. Lazım olan nəticəni əldə etməyi bacardıq" - Sportinfo.az xəbər verir ki, bunu "Astra"nın kapitanı Aleksandru Stan Bakıda "Zirə" ilə 0:0 etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisini yaxşı komanda kimi dəyərləndirsə də, cütlüyün qalibi kimi mərhələ adlamalarına sevindiklərini vurğulayıb.

Stan Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Ukrayna "Aleksandriya"sı barədə danışıb: "Artıq qarşıda bizi Ukrayna komandası ilə növbəti sınaq gözləyir.

Heyətimizin qısa zamanda yığılmasına və gənc oyunçuların çoxluq təşkil etməsinə baxmayaraq, çalışacağıq ki, Avropa Liqasında qrup mərhələsinə düşək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti