"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı" - Sportinfo.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Lüksemburqda "Fola Eş"ə 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Bakıdakı görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab qarşılaşmasında böyük hesabla yenildiyi üçün mübarizəni dayandırıb. Gürcüstanlı mütəxəssis bəxtsizlikdən şikayətlənib:
"Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdı".

