Cavid Hüseynov: "Çalışıram ki, belə imkanları qaçırmayım"

21 İyul 2017 09:24 Avropa Liqası 634
Cavid Hüseynov: "Çalışıram ki, belə imkanları qaçırmayım"

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Yagelloniya” ilə səfər matçında 2:0 hesabı ilə qələbə qazanıb. Sportinfo.az xəbər verir ki, ikinci qolda Filip Ozobiçə gözəl ötürmə verən kapitan Cavid Hüseynov qarşılaşma haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Hesab 2:0 olsa da, çox ağır oyun oldu. Belə çətin olacağını gözləyirdik. Bilirdik ki, evdə güclü oynayan rəqib sürətli futbol göstərir. Azarkeşləri də bir dəqiqə dayanmadan matç boyu komandalarına dəstək verdi. Bizim üçün isə əsas nəticə idi.

Oyunumuz o qədər ürəkaçan alınmasa da, qələbə qazandıq. Sevinirik ki, nəticə qazanıb, mərhələ keçdik. İkinci qoldakı assistentliyimə gəlincə, mən ötürmələr verməyi xoşlayıram. Çalışıram ki, belə imkanları qaçırmayım. Həmin epizodda Filipin göz işarəsini gördüm və dərhal ötürmə verdim. O da imkanı qaçırmayaraq qol vurdu.

Növbəti rəqib “Panatinaikos”la əvvəl də qarşılaşmışıq. Amma mən həmin matçlarda olmamışam. Bizim üçün əsas bu mərhələ idi ki, onu da arxada qoyduq. İndi növbəti rəqibi təhlil edib, güclü və zəif tərəflərin öyrənəcəyik.

Artıq hər bir komanda ilə oynamağa hazırıq və matçdan-matça artıracağıq. “Yagelloniya”dan tam hazır olmadığımız üçün bir az geri qalırdıq. Hazır olduğumuz vaxtda bu komanda ilə asanlıqla oynayardıq. Düşünürəm ki, növbəti matçlara da hazır olacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti