Avropa Liqasının 2-ci təsnifat mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən “İnter” Lüksemburqda “Fola”nın qonağı olub.
İlk oyunda evdə minimal hesabla qalib gələn Zaur Svanadzenin yetirmələri növbəti mərhələyə daha yaxın idi. Bakı klubu səfərdə də bu üstünlüyünü qoruyub saxlamağa borclu idi.
"İnter" səfərdə 1 qol vuracağı təqdirdə, lüksemburqlulara mərhələ adlamaq üçün 3 qol lazım olacaqdı. Lakin təmsilçimiz səfər oyununda inamsız çıxış edib və 1:4 hesabıyla məğlub olaraq, mübarizəni dayandırıb.

