O, "Qəbələ"də kimləri sevir?

21 İyul 2017 08:24 Avropa Liqası 846
O, "Qəbələ"də kimləri sevir?

Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Poşa “yagelloniya”sı üzərində 2:0 qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis futbolçularının əməyini xüsusi qeyd edib:

“Nə deyə bilərəm ki? Biz çox sevincliyik, çünki bu, adi qalibiyyət, sadəcə turu keçmək deyil. Ən ağır məqamda çox ehtiyacımız olan qələbə qazandıq. Bir dəfə yunanları keçmişik. Ancaq indi “Panatinaikos” tamam fərqli komandadı. O oyunlardan cəmi bir neçə oyunçu qalıb.

“Panatinaikos” elə komandadı ki, onlar haqqında pis nəsə demək olmaz. Yunan futbolunun brendidi. Bilirik ki, bizi qarşıda çox ciddi və həm də çox maraqlı oyun gözləyir. Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam. Çətinlik ondadı ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub.

Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensialı var.

İndiki “Panatinaikos” haqda onu bilirik ki, bizimlə yenilənmiş komanda üz-üzə gələcək. İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq. "Yagelloniya" ilə oyunun çətin olacağını düşünürdük və bunu ilk oyundan sonra da bildirmişdim. Ancaq komandamız bu gün ən yaxşısını bacardı.

Bu mübarizəyə, belə əzmkarlığa, ümumiyyətlə, bugünkü oyuna və nəticəyə görə uşaqlara sonsuz təşəkkürümü bildirirəm, onları çox sevirəm. Bu gün meydanda yaxşı olan tərəf biz idik və istədiyimizi gerçəkləşdirməyi bacardıq. Elə sabahdan növbəti mərhələ üçün hazırlıqlara başlayacağıq. Əvvəlcədən nəsə deməyə tələsməyək. Hər şey diqqətli hazırlıqdan, motivasiyadan asılı olacaq.

Ümidvaram ki, budəfəki kimi, yenə uğurlu olacağıq. Hər şey düşündüyüm kimi gedir. Bu gün ilk oyuna baxanda daha yaxşı idik. Görürəm ki, bizim daha da inkişaf etmək üçün potensialımız var. Ola bilsin ki, yanlış anlaşılsın. Ağır vəziyyət deyəndə klubdakı hansısa çətinliyi nəzərdə tutmuram. Çətinlik odu ki, bizim yeni komandamız var və minimum vaxtda onları bir yerə yığmışıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti