“Qalatasaray”ı Avropadan qovdular! - GECƏNİN NƏTİCƏLƏRİ

21 İyul 2017 08:00 Avropa Liqası 693
“Qalatasaray”ı Avropadan qovdular! - GECƏNİN NƏTİCƏLƏRİ

Avropa Liqasının 2-ci təsnifat mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimizdən “Zirə” səfərdə 1:3 hesabıyla uduzduğu “Astra”nı qəbul edib. Qolsuz bərabərliklə bitən matçın sonunda sevinən tərəf rumınlar olub, "Zirə" isə mübarizəni dayandırıb.

“İnter” evdə minimal hesabla üstələdiyi “Fola”nın qonağı olub. Beş qolun vurulduğu qarşılaşmanın yekun nəticəsi Bakı təmsilçisi üçün üzücü olub. “Qəbələ” isə doğma divarlar arasında heç-heçə etdiyi (1:1) “Yagelloniya” ilə səfərdə münasibətlərinə aydınlıq gətirib. İnamlı qələbə Roman Qriqorçukun çalışdırdığı komandamızı növbəti mərhələyə daşıyıb.

Türkiyənin “Qalatasaray” klubu səfərdə uduzduğu “Ostersun”la cavab oyununda da qələbə qazana bilməyib və sürpriz şəkildə mübarizəni dayandırıb. Bütövlükdə, gecənin bütün nəticələri aşağıdakı kimidi:

Dinamo (Minsk, Belarus) - Rabotniçki (Makedoniya) 3:0 (ilk oyun 1:1)
Lyunqbyu (Danimarka) - Slovan (Slovakiya) 2:1 (1:0)
Vaasa (Finlandiya) - Brondbü (Danimarka) 2:1 (0:2)
Suduva (Litva) - Liepaya (Latviya) 0:1 (2:0)
Trakay (Litva) - Norçepinq (İsveç) 2:1, penaltilər 5:3 (1:2)
Mlada Boleslav (Çexiya) - Şemrok Rovers (İrlandiya) 2:0 (3:2)
HİK (Finlandiya) - Şkendiya (Makedoniya) 1:1 (1:3)
Dinamo (Brest, Belarus) - Altax (Avstriya) 0:3 (1:1)
Zarya (Moldova) - Apollon (Kipr) 1:2 (0:3)
Zirə (Azərbaycan) - Astra (Rumıniya) 0:0 (1:3)
Midtyulland (Danimarka) - Ferentsvaroş (Macarıstan) 3:1 (4:2)
Levski (Bolqarıstan) - Hayduk (Xorvatiya) 1:2 (1:0)
AİK (İsveç) - Jelezniçar (Bosniya və Herseqovina) 2:0 (0:0)
AEK (Kipr) - Kork Siti (İrlandiya) 1:0 (1:0)
Brann (Norveç) - Rujomberok (Slovakiya) 0:2 (1:0)
Bney Yehuda (İsrail) - Trençin (Slovakiya) 2:0 (1:1)
Odd (Norveç) - Vaduts (Lixtenşteyn) 1:0 (1:0)
Fola (Lüksemburq) - İnter (Azərbaycan) 4:1 (0:1)
Qalatasaray (Türkiyə) - Ostersun (İsveç) 1:1 (0:2)
Utrext (Hollandiya) - Valletta (Malta) 3:1 (0:0)
Botev (Bolqarıstan) - Beytar (İsrail) 4:0 (1:1)
Lütsern (İsveçrə) - Osiyek (Xorvatiya) 2:1 (0:2)
Lex (Polşa) - Hoqesund (Norveç) 2:0 (2:3)
Skenderbeu (Albaniya) - Kayrat (Qazaxıstan) 2:0 (1:1)
AEL (Kipr) - Proqres (Lüksemburq) 2:1 (1:0)
Domjale (Sloveniya) - Valyur (İslandiya) 3:2 (2:1)
Srvena Zvezda (Serbiya) - İrtış (Qazaxıstan) 2:0 (1:1)
Yagelloniya (Polşa) - Qəbələ (Azərbaycan) 0:2 (1:1)
Mladost (Monteneqro) - Şturm Qraz (Avstriya) 0:3 (1:0)
Şiroki Briyeq (Bosniya və Herseqovina) - Aberdin (Şotlandiya) 0:2 (1:1)
Qoritsa (Sloveniya) - Panionios (Yunanıstan) 2:3 (0:2)
Videoton (Macarıstan) - Kalyu (Estoniya) 1:1 (3:0)
Reykyavik (İslandiya) - Makkabi (Təl-Əviv, İsrail) 0:2 (1:3)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti