"Səhv edə-edə öyrənirik, çox güclü “Zirə” gördüm" - Yordanesku

21 İyul 2017 00:53 Avropa Liqası 724
"Səhv edə-edə öyrənirik, çox güclü “Zirə” gördüm" - Yordanesku

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Zirə” ilə qolsuz bərabərə qalaraq növbəti mərhələyə adlayan “Astra”nın baş məşqçisi Edvard Yordanesku oyunsonrası mətbuat konfransında sualları cavablandırıb.

- Oyunçularımı, komandamı qələbə münasibətilə təbrik edirəm. Dünən qeyd etdiyim kimi, oyun çox çətin keçdi. Birinci hissədə hücum planında çox güclü “Zirə” gördüm. Oyunçularımı buna hazırlamışdım. Artıq növbəti mərhələ barədə düşünə bilərik. Bu oyunda qol buraxmadan mərhələ adlamağımızdan çox məmnunam. Lakin hücumda, xüsusilə, əks-hücumda oyunumuzdan narazı qaldım. Bəzi epizodlarda yaxşı fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Gənc komandayıq. Təxminən 5-6 həftədi bir yerdəyik. Səhv edə-edə öyrənirik. “Zirə”ni də təbrik edirəm. Onlar meydanda vuruşdular. Şəhərinizi çox bəyəndim və ümid edirəm ki, yenidən bura qayıdaraq, yerli komandalardan biriylə qarşılaşacağıq.

Matç zamanı oyunçularınız yersiz məqamarda yerə yıxılaraq, meydanda gərginlik yaradırdılar. Bu, sizin tapşırığınız idi?
- Təbii ki, bütün bunlar futbolda baş verən hadisədi. Xatırlayırsızsa, ilk oyunda hesab bərabər olduğu zaman “Zirə”nin oyunçuları da simulyasiyaya əl atırdılar. Bu, normaldı. Rəqib təzyiqi artıranda bu cür hallar olur.

Bu oyunda rəqibin heyətində hansı oyunçuları bəyəndiz?
- Adətən, rəqibin oyunçuları barədə danışmağı xoşlamıram. “Zirə”nin heyətində kifayət qədər yaxşı oyunçular var.

Hakimlərdən razı qaldız?
- Ədalətli oyun oldu. Onları da başa düşmək olar. Müəyyən təzyiqlər olurdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti