“Qəbələ” güclüdü, əzmkardı, hücum etməyi düşünən komandadı"

20 İyul 2017 17:24 Avropa Liqası 590
“Qəbələ” güclüdü, əzmkardı, hücum etməyi düşünən komandadı"

“Cütün taleyinə hələ aydınlıq gəlməyib. Rəqibin güclü komanda olduğunu bilirik. Bizi çətin qarşılaşma gözləyir. Həm fiziki, həm də taktiki cəhətdən ağır oyun olacaq, amma bu görüşə hazırıq”.

Sportinfo.az xəbər verir, bu sözləri “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot söyləyib. Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq Polşa klubunun çalışdırıcısı oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Sözügedən qarşılaşma 22:30-da başlayacaq. 46 yaşlı mütəxəssis komandasına inandığını bildirib: “İlk oyunda sərfəli nəticə qazanmağımız heç nə demək deyil. Bütün suallara 90 dəqiqənin sonunda aydınlıq gələcək. Qarşılaşma əlavə vaxta da gedər bilər.

Bir sözlə, hər şey mümkündü. “Qəbələ”nin necə güclü, əzmkar və hücum etməyi düşünən komanda olduğunu Bakıdakı qarşılaşmada gördük. İlk qarşılaşmdan da yaxşı oynamalıyıq ki, nəticə əldə edə bilək. Komandama güvənirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti