"Qəbələ" və "Zirə"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki cavab oyunları canlı yayımlanacaq. Sportinfo.az xəbər verir ki, "Zirə" - "Astra" (Rumıniya) görüşü "CBC Sport", "Yagelloniya" (Polşa) - "Qəbələ" matçı isə "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Hər iki oyun telekenalların proqramına daxil edilib. "Zirə" - "Astra" görüşü saat 21:00-da, "Yagelloniya" - "Qəbələ" qarşılaşması isə Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Avroliqadakı digər təmsilçimiz "İnter"in Lüksemburq "Fola"sına qarşı keçirəcəyi səfər oyunundan yayım nəzərdə tutulmayıb.

