"Zirə" debütantlığın gətirdiyi ürkəkliyini tez unuda bilsə…

20 İyul 2017 14:12 Avropa Liqası 646
"Zirə" debütantlığın gətirdiyi ürkəkliyini tez unuda bilsə…

Avrokuboklarda klublarımızın çıxışları, ilk baxışda gözlənilməz, lakin gözlənilən qanunauyğun axarla davam edir. İlk mərhələdə mübarizə aparan təmsilçilərimiz bütün planları tam və dolğun yerinə yetirdilər.

Əlbəttə, burda qəribə və qeyri-adi heç nə yox idi. Lakin ilk görüşlərdə lazım olan hesabları əldə etmiş ttəmsi lçilərimiz bir qədər səngiyə bilərdilər. Daha çox "Zirə" birinci oyunla müqayisədə, "Differdanj"la ikinci matçına nisbi yeniliklərlə çıxdı. İstər meydandakı oyunçular, istərsə də taktiki baxımdan komanda çox şeyə qadir olduğunu göstərdi. Bunun üçün əsas yük məşqçi korpusunun üzərinə düşəcək.

Səfərdə ilk əvvəl rəqibin vurduğu qol bu yeniləşmənin əks-effekt təsirini verməyə yaxın olsa və həyəcanlı dəqiqələr yaşatsa da, həm oyunu, həm də yekunda səviyyə fərqi ilə sözünü dedi və üstünlüyünü növbəti bir qələbə ilə başa vurdu. Bununla, Avropa debütünə uğurlu mərhələ siftəsi ilə başladı.

"İnter" isə daha ağıllı oyuna üstünlük verməklə, yenə rəqibini öz silahları ilə cəzalandırıb, hər hissədə fəqrli-yaxın, lakin optimal oyun tərzi ilə keçdi. Hər mövqedə komanda ipi ələ vermədən yoluna davam etdi.

"Zirə" Rumıniyada gözlənilən məğlubiyyətlə üzləşdi. Püşk mərhələsində qeyd etmişdik ki, "Astra"nın nə qədər zəngin və təcrübəli, üstəlik, uğurlu oyunlar seriyası olsa da, rəqabət aparılası rəqiblərdəndi. İlk hissə bunu tam nümayiş etdirdi. "Zirə" debütantlığın da gətirdiyi ürkəkliyini tez unuda bilsəydi, ehtiyatı əldə vermək isəməyən rumınlara hələ çox sürpriz edəcəkdi.

Oyunu xatırlasaq, ev sahiblərinin qəzəbi məhz komandamızı bərkə-boşa çəkəndən sonra başladı. Zirəlilərdə müdaifə səhvləri, dayaq yarımmüdafiə çatışmazlıqları, əsasən, texniki məqam kimi diqqəti çəkdi. Çünki bəzi qərarları vaxtında verib, optimal hazırlıq kursu keçə bilməməsi aydın görünür. Yenidən formalaşma dövründə bu, hələ birinci mərhələdə hiss olunurdu.

Komanda oyunun gedişində funksional imkanlar daxilində 3 dəfə qəfil taktiki süprizə əl atmalı idi. Bunun üçün kadr ehtiyatı da var. Fəqət oyunçuların, xüsusən ön xətdəkilərin potensialından yetərincə istifadə olunmadı. Komandada oyun idaredicisinə ehtiyac var - oyun tərzinə görə deyirik. Ötən mərhələdən sonra rəqibin səviyyəsi artdığı üçün kollektivin nöqsan və qüsurları özünü aşkar büruzə verirdi.

Açığı, qapıçı Anar Nəzirovun çıxışlarda yol verdiyi yanlışlıqlar da bu zəifliyi bir qədər artırdı. Bir az irəli gedib, müqayisə üçün, qeyd edə bilərik ki, məhz qapıçı "Qəbələ"ni mümkün şok məğlubiyyətdən qurtardı.

Ümumiyyətlə, hələ yeni formalaşmaqda olan klublarda qolkiperlərin rolu bəzən həlledici olur. Buna görə də "Zirə"nin kiperinin, haradasa alqışlanacaq fəallığı ilə yanaşı, bəzən doğru qərar verməsinə də kəskin ehtiyac var.

Təbii ki, "Zirə"nin məğlubiyyətində faciə axtarmağa dəyməz, hələ əlavə etmək olar ki, uğurlu taktiki gedişlər şəraitində bu cütün taleyini özü həll etməyə qadirdi. İlk növbədə, arxa zonaya etibarlı sipər çəkilsə, indiki potensialın təcavüzkarlıq ehtiyatı ilə rəqibi səhvlərə, xətalara sövq etmək mümkündü. Hətta birinci matçdakı ləng oyun da göstərdi ki, rəqib özü orta zonada belə boşluqlara yol verir. Buna görə matçın lap əvvəlində çevik və çeşidli oyun tərzi ilə rəqibi çaş-baş salmaq olar.

SPORTİNFO.AZ

"Astra" (Curcu, Rumıniya) - "Zirə" (Azərbaycan) 3:1 (1:1)
13 iyul. Curcu. "Marin Anastasoviçi" stadionu.
Hakimlər: Sergey Sinkeviç - Vitali Malyutin, Yevgeni Romanov - Viktor Şimusik (Belarus).
Qollar: Yonitsa, 31, Dandya, 55, Le Tallek, 74//R.Ə.Sadiqov, 34.
Sarı vərəqələr: A.İonitsa, 36//Şemonayev, 53, Bum, 63.

"Astra": Plamen İliev, Markus Vinisius Vidal Kunya, Florin Bejan, Klaudiu Belu-İordaçe, Aleksandru İonitsa, Viorel Nikoara (Silviu Balaure, 78), Eriko, Filip Mrzlyak, Aleksandru Dandya (Robert Valçyanu, 63), Aleksandru Stan (kap.), Remus Boqdan Çipirliu (Entoni Le Tallek, 46). Baş məşqçi: Edvard İordanesku.
"Zirə": Anar Nəzirov (kap.), Cosef Bum, Vüqar Mustafayev, Rəşad Ə.Sadiqov (Viktor İqbekoyi, 60), Orxan Əliyev, Milan Dyuriç, David Manqa, Kervens Belfort, Aleksandr Şemonayev, Qabriel Matei, Yovan Krneta. Baş məşqçi: Ayxan Abbasov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti